02.12.2014 | Qərb Universitetində növbəti Beynəlxalq Elmi konfrans keçirildi.
Bu gün Qərb Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qərb Universiteti Gender Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş “Təhsildə gender problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçrildi. Konfransda xarici qonaqlarla yanaşı millət vəkili Hadi Rəcəbli, Qərb Universitetinin rektoru Zenfira Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, AMEA-nın müxbir üzvi Nərgiz Axundova, Qərb Universiteti Gender Araşdırmalar Mərkəzinin direktoru Kifayət Ağayeva, Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin baş məsləhətçisi Afət Sadıqova, Respublikanın müxtəlif Ali təhsil müəssisələrini, AMEA-nın institutlarını təmsil edən nümayəndələr mövzu ətrafında məruzələrlə çıxış etdilər.
Çıxış edənlər bildirdilər ki, konfransın mövzusu Ulu öndərin H.Əliyevin ən çox önəm verdiyi təhsil sahəsi və gender məsələlərinə həsr olunub. Gənclər cəmiyyətimizin fəal təbəqəsi olduğu üçün onların nəyi və necə öyrənməyi mühüm əhəmiyyət kəsb edir. Gənc nəslin tərbiyyəsində və dünyagörüşünün formalaşmasında təhsilin rolu böyükdür. Bu mənada cəmiyyətdə mövcud olan gender problemlərinin aradan qaldırılması üçün gender üsulunun tədrisə inteqrasiyası vacibdir.